AZ

MPL: "Turan Tovuz" "Zirə"ni inamla yendi, Sumqayıtda qol səsi çıxmadı

Misli Premyer Liqasında XXI tur start götürüb.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Əvvəlcə “Turan Tovuz” “Azərsun Arena”da “Zirə”ni qəbul edib. Nominal meydan sahibləri inamlı qələbəyə seviniblər.

Günün digər matçı isə “Sumqayıt” və “Qəbələ” arasında baş tutub. Matçda qapılar toxunulmaz qalıb.

Qeyd edək ki, turun digər oyunları 21-22 fevralda keçiriləcək.

Misli Premyer Liqası
XXI tur
20 fevral 

"Turan Tovuz" – "Zirə" 2:0 

Qollar: Filip Ozobiç, 11. Jorje Silva, 19
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Əkbər Əhmədov.
VAR: Kamranbəy Rəhimov, Müslüm Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Suraxanı. "Azərsun Arena".

“Turan Tovuz”: 41. Sergey Samok, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 19. Roberto Olabe, 9. Coş Cinnelli, 8. David Tavareş, 2. Mark Rene Mampassi.
Baş məşqçi: Kurban Berdiyev.
“Zirə”: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 4. Ruan Renato, 25. Enrike Kustodio, 9. Davit Volkov, 10. Giorgi Papunaşvili, 30. Rikardo Martins, 5. Ange Mutsinzi, 17. Ayron Qomis, 22. Eren Aydın.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namik Ələskərov, 73. Anatoli Nuriyev, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 19. Rüfət Abdullazadə, 29. Ceyhun Nuriyev, 26. Stefan Aka, 28. Leroy Mikels, 11. Junior Martins, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

"Sumqayıt" – "Qəbələ" 0:0 
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov.
VAR: Cavid Cəlilov, Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.

Seçilən
5
fanat.az

1Mənbələr