AZ

Ukraynada ŞOK HADİSƏ: Üç il əvvəl ölü elan edilən döyüşçü əsirlikdən QAYITDI

“Ölü” bilinən hərbçi 3 ildən sonra əsirlikdən qayıdıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Ukraynalı hərbçi Nazar Daletskinin hekayəsi film ssenarisini xatırladır. Doğmaları 3 il ərzində onun həyatda olmadığını düşünüblər.

Kupiansk yaxınlığında həlak olan döyüşçülərin qalıqları üzərində aparılan DNT ekspertizası hərbçinin anasının DNT-si ilə üst-üstə düşdükdən sonra o, rəsmi olaraq ölmüş hesab edilib.

Nazar qapalı tabutda “dəfn edilib”, ailəsi isə onunla vidalaşıb. Lakin 2026-cı ilin fevral ayının əvvəlində hərbçi gözlənilmədən əsirlikdən sağ-salamat qayıdıb.

Bu inanılmaz hadisə bir neçə mühüm sualı gündəmə gətirib: yüksək dəqiqlikli DNT ekspertizası necə səhv edə bilər, ailə tərəfindən hərbçinin “itkisinə” görə alınan 15 milyon qrivna (təxminən 615 000 manat) məbləğində təzminat dövlətə geri qaytarılmalıdırmı və hərbçi öz hüquqi statusunu necə bərpa etməlidir?

Hazırda hüquqşünaslar və müvafiq dövlət qurumları bu nadir və mürəkkəb vəziyyəti araşdırırlar.

Nazar Daletski isə “dirilərək” ailəsinə qovuşmağın sevincini yaşayır, eyni zamanda sənədlər üzərində yenidən “yaşayan insan” statusunu bərpa etməyə çalışır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
16
interpress.az

1Mənbələr