AZ

Çexiya İtaliyadakı Paralimpiya Oyunlarının açılış mərasimini boykot edir

Çexiya İtaliyadakı Paralimpiya Oyunlarının açılış mərasimini boykot edir

Rusiyalı idmançılara qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına etiraz edən Çexiya idmançıları İtaliyada keçiriləcək Paralimpiya Oyunlarının açılış mərasimində iştirak etməyəcəklər. AFN.az xəbər verir ki, bu barədə Çexiya Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qurumun bəyanatında bildirilir ki, çexiyalı təmsilçilər Veronadakı açılış mərasiminə qatılmayacaq, Kortina-d'Ampettsoda bayraqdar təyin etməyəcək və mərasim zamanı nümayiş olunmalı olan idmançı müraciətlərini çəkməkdən imtina edəcəklər. Məhz rusiyalıların öz bayraqları altında yarışlara buraxılması Çexiya tərəfinin kəskin etirazına səbəb olub.

Qeyd edək ki, martın 6-dan 15-nə qədər keçiriləcək 2026-cı il Paralimpiya Oyunlarına altı rusiyalı idmançı ikitərəfli dəvət alıb. Dağ xizəyi, xizək qaçışı və parasnoubord növləri üzrə yarışacaq rusiyalı idmançılar, o cümlədən Aleksey Buqayev və Varvara Voronçixina turnirdə öz milli simvolları ilə çıxış edəcəklər.

Seçilən
9
afn.az

1Mənbələr