AZ

İranlı nazir Azərbaycana gəlir

22 fevralda İranın yol və şəhərsalma naziri və Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının İran tərəfindən sədri Fərzanə Sadeq Azərbaycana səfər edəcək.

Bu barədə Publika.az-a İranın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Məlumata görə, səfərdə iranlı naziri yüksək səviyyəli heyət müşayiət edəcək.

Xanım nazir səfər çərçivəsində 23 və 24 fevralda Bakıda keçiriləcək Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclasında iştirak edəcək.

Seçilən
30
14
publika.az

10Mənbələr