AZ

Tramp Ali Məhkəmənin qərarından QƏZƏBLƏNDİ: “Bu lənətə gəlmiş məhkəmələr…” – VİDEO

Ali Məhkəmənin rüsum qərarı Trampı özündən çıxarıb.

İnterpress.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

ABŞ Ali Məhkəməsinin Donald Trampın tətbiq etdiyi gömrük rüsumlarını ləğv etməsi barədə qərarı prezidentin kəskin hiddətinə səbəb olub.

Bildirilir ki, hadisə baş verən zaman Donald Tramp səhər yeməyi yeyirmiş və komandası ilə birlikdə işləyirmiş.

Səhər yeməyi kifayət qədər xoş mühitdə keçsə də, məhkəmənin qərarından xəbər tutan prezident dərhal qəzəblənib.

Trampın bu qərarı “rüsvayçılıq” adlandırdığı və məhkəmə sisteminə qarşı sərt hücuma keçdiyi vurğulanır.

Məlumata görə, o, hiddət içində çıxış edərək məhkəmələrin ünvanına qeyri-etik ifadələr işlədib və “bu lənətə gəlmiş məhkəmələr” (these fucking courts) deyə qışqırıb.

Prezidentin bu cür sərt reaksiyası ABŞ-ın hüquq sistemi və icra hakimiyyəti arasındakı gərginliyi yenidən gündəmə gətirib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
24
interpress.az

1Mənbələr