AZ

Zelenski Ukrayna üzrə danışıqların yeni raundunun vaxtını açıqlayıb

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ və Rusiya nümayəndələri ilə sülh tənzimlənməsi üzrə danışıqların yeni raundu yaxın 7-10 gün ərzində baş tuta bilər.

Oxu.Az xəbər verir ki, prezident bu barədə öz "Telegram" kanalında yazıb.

"Hesab edirik ki, yaxın vaxtlarda - fevral ayında daha bir danışıqlar raundunu təşkil etmək mümkün olacaq və bu raund həqiqətən nəticə etibarilə səmərəli bilər", - deyə nəşrdə bildirilir.

Ukrayna prezidenti həmçinin Rusiya ilə növbəti hərbi əsir mübadiləsinə hazır olduğunu bəyan edib. Mübadilənin nə vaxt baş tutacağını Volodimir Zelenski dəqiqləşdirməyib.

Xatırladaq ki, ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri fevralın 17-18-də Cenevrədə görüşüblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
1
oxu.az

3Mənbələr