AZ

Deputat: Azərbaycan regionda bağlantıların qurulmasına xüsusi önəm verir » AzadMedia.az

Deputat:


ATƏT PA-nın qış sessiyasında geoiqtisadiyyat, texnologiyalar və təhlükəsizlik mövzusunda çıxış edən millət vəkili Sevinc Fətəliyeva bildirib ki, hazırda əsas məsələ nəzəri müzakirələr deyil, real imkanların düzgün qiymətləndirilməsidir.

Deputat qeyd edib ki, müasir dövrdə geoiqtisadi proseslər və texnoloji inkişaf dövlətlərin təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərir. Onun sözlərinə görə, davamlı sabitlik və inkişaf üçün praktiki əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi vacibdir.

Sevinc Fətəliyeva vurğulayıb ki, Azərbaycan regionda bağlantıların qurulmasına xüsusi önəm verir. Bu çərçivədə Orta Dəhliz vasitəsilə Şərq-Qərb ticarət marşrutunun genişləndirildiyini diqqətə çatdırıb. O, həmçinin TRIPP təşəbbüsünün regionda nəqliyyat və logistika imkanlarını artırdığını bildirib.

Millət vəkili əlavə edib ki, Ermənistanla kommunikasiyaların açılması region üçün iqtisadi əməkdaşlıq və uzunmüddətli sülh baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, iqtisadi inteqrasiya və qarşılıqlı asılılıq bölgədə etimad mühitinin formalaşmasına və dayanıqlı sülhün təmin olunmasına töhfə verə bilər.

Seçilən
9
1
azadmedia.az

2Mənbələr