
Slovakiyanın baş naziri Robert Fiko Avropa İttifaqı ölkələrinin Ukraynadakı münaqişə ilə bağlı real vəziyyətdən xəbərdar olduqlarını bildirib.
Onun sözlərinə görə, Aİ daxilində Ukraynanın cəbhədə çətinliklərlə üzləşdiyi anlayışı formalaşıb.
Baş nazir qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenski Avropa Şurasının iclaslarında mütəmadi iştirak edir və hərbi vəziyyətlə bağlı nikbin mövqe sərgiləyir.
“Zelenski tez-tez Avropa Şurasının iclaslarına gəlir. Ondan münaqişə zonasındakı hərbi vəziyyət barədə soruşduqda, o, ‘Qazanırıq!’ cavabını verir”, – deyə Fiko bildirib.
Bununla yanaşı, Slovakiya hökumətinin rəhbəri əlavə edib: “Biz hamımız bilirik ki, uduzursan”.
Fiko həmçinin Rusiyaya qarşı tətbiq edilən sanksiyaların gözlənilən nəticəni vermədiyini deyib. Onun sözlərinə görə, tətbiq olunan məhdudiyyətlər effektiv olmayıb və Rusiyaya ciddi təsir göstərmir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta