AZ

Türkiyədə 11 futbol klubunun 32 rəsmisi saxlanıldı

Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları 11 futbol klubunun 32 hazırkı və keçmiş rəsmisini saxlayıblar.

"Yeni Sabah" NTV-yə istinadla xəbər verir ki, olar oyunlara qanunsuz mərc qoyuluşu ilə bağlı istintaq çərçivəsində dindiliblər.

Əməliyyatlar cümə günü səhər ölkənin 10 əyalətində aparılıb. Nəzarətə alınanlar arasında "Adana Demirspor", "Antalyaspor" və "Alanyaspor" klublarının nümayəndələri də var idi.

Daha əvvəl Türkiyə Futbol Federasiyası (TFF) son beş ildə oyunlara qanunsuz mərc qoyuluşu ilə məşğul olan peşəkar klublardan 212 rəsmi şəxsi müəyyən etmişdi. Bunlara 108 məşqçi və 104 klub meneceri daxil idi.


Telegram kanalımız
Seçilən
25
yenisabah.az

1Mənbələr