AZ

İspaniyanın tanınmış klubu Bakıda oyunçu seçəcək - EKSKLÜZİV

Bakı, 20 fevral, Cavid Əliyev,AZƏRTAC

İspaniyanın “Levante” klubu bu ilin yayında “Qarabağ” Futbol Akademiyasında gənc futbolçular arasında seleksiya məşqləri keçirəcək.

Bu barədə AZƏRTAC-a Akademiyanın baş koordinatoru Aftandil Hacıyev məlumat verib.

Onun sözlərinə görə, seleksiya prosesi yerli istedadların üzə çıxarılması və onların Avropa futboluna inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

Seçilən futbolçuların gələcəkdə İspaniyada baxışdan keçmək imkanı qazanacağı gözlənilir.

Seçilən
26
4
azertag.az

7Mənbələr