Bakıda gömrük terminalında meyit tapılıb.

Leqal.info xəbər verir ki, hadisə fevralın 19-da baş verib. Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisində yerləşən Gömrük Terminalının dayanacağında avtomobillərin altında Ağdaş rayon sakini 1994-cü il təvəllüdlü Ələddin İsrafilovun meyiti tapılıb.

Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info