AZ

Yaponiyada məbəddə yanğın: 5 nəfər həlak olub

Yaponiyada məbəddə yanğın: 5 nəfər həlak olub

Yaponiyanın qərbində yerləşən Yamaquti prefekturasındakı buddist məbədində baş verən yanğın nəticəsində 5 nəfər həyatını itirib. AFN.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Polisin ilkin məlumatına görə, həlak olan şəxslər Yamaquti prefekturasının böyük şəhərlərindən biri olan Simonosekidəki ikimərtəbəli taxta məbədin ərazisində yaşayırmışlar.

Hadisə şahidinin yerli yanğından mühafizə xidmətinə zəng etməsindən təxminən üç saat sonra, səhər saat 05:40 radələrində yanğın tamamilə söndürülüb. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Seçilən
2
afn.az

1Mənbələr