AZ

“Biz turnir cədvəlinə fikir vermirik” – Kurban Berdiyev 

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 21-ci turunda “Azersun Arena”da “Zirə”ni 2:0 hesabı ilə məğlub edib.

İdmanxeber.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Birinci hissədə oyunumuz pis alınmadı. Əvəzetmələrdən sonra təşəbbüsü bir qədər əldən verdik. Şükürlər olsun ki, qələbə qazandıq.

– Avrokuboklar mübarizəsində əsas rəqiblərinizdən birini məğlub etdiniz. Mövsümün qalan hissəsində şanslarınızı necə dəyərləndirirsiz?

– Biz turnir cədvəlinə fikir vermirik. Oyundan-oyuna növbəti matçı düşünürük. Buna köklənirik.

Seçilən
9
3
idmanxeber.az

4Mənbələr