AZ

Göz sağlamlığımız risk altındadır – Bunu etməyin

Gündəlik həyatımızda telefon, planşet və televizor istifadəsinin artması gözləri intensiv şəkildə mavi işığa məruz qoyur. Mütəxəssislərin fikrincə, bu vəziyyət zamanla göz yorğunluğuna və görmə problemlərinə səbəb ola bilər. Göz sağlamlığını qorumaq üçün düzgün qidalanma və balanslı həyat tərzi xüsusi əhəmiyyət kəsb edir.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, oftalmoloq  Safiye Küçükgül göz sağlamlığı ilə qidalanma arasında birbaşa əlaqə olduğunu vurğulayıb.

 

Həkim bildirib ki, düzgün rasion göz toxumalarının sağlam qalmasına və yaşla əlaqəli görmə itkisinin (makula degenerasiyası) qarşısının alınmasına kömək edir.

Tərəvəz və balığın möcüzəvi faydaları

Dr. Küçükgül göz sağlamlığını qorumaq üçün tünd rəngli tərəvəzlərin və yağlı balıqların vacibliyini qeyd edib:

“Yerkökü, bənövşəyi kələm, yaşıl yarpaqlı tərəvəzlər, həmçinin omeqa-3 ilə zəngin olan balıqlar (sardina, hamsi, skumbriya) və qoz-fındıq göz hüceyrələrini qoruyur. A, C, E vitaminləri, eləcə də lutein və zeaksantinlə zəngin qidalar göz xəstəliklərinə qarşı güclü qalxan rolunu oynayır”.

Qeyri-kafi qidalanma hansı xəstəliklərə yol açır?

Ekspert xəbərdarlıq edir ki, balanssız qidalanma gecə korluğu, katarakt, makula degenerasiyası (sarı nöqtə xəstəliyi) və quru göz sindromu kimi ciddi fəsadlara səbəb ola bilər.

Gözləri qorumaq üçün qızıl qaydalar:

Müntəzəm göz müayinəsindən keçmək;
Ekran qarşısında işləyərkən gözləri dincəltmək (20-20-20 qaydası);
Keyfiyyətli günəş eynəklərindən istifadə etmək;
Siqaret kimi zərərli vərdişlərdən uzaq durmaq.\\sfera.az

Seçilən
9
konkret.az

1Mənbələr