AZ

Ermənistanın aviasiya sektoru Avropa İttifaqının (Aİ) qara siyahısında

Fevralın əvvəlində Aİ hakimiyyət orqanlarının Ermənistanın aviasiya sektorunu uçuş təhlükəsizliyinə görə qara siyahıya saldığı və ölkənin aviaşirkətlərinə Aİ ölkələrinə uçuşlar həyata keçirməyi qadağan etdiyi açıqlanmışdı.

Ermənistan Mülki Aviasiya Komitəsinin məlumatına görə, müəyyən edilmiş çatışmazlıqlar hava daşıyıcıları üçün nəzarət və sertifikatlaşdırma sistemi ilə bağlıdır. Xüsusilə, Ermənistanın sərnişin aviasiyası hələ Uyğunluq Monitorinq Sisteminə tam inteqrasiya olunmayıb. Komitə təhlükəsizlik sistemindəki çatışmazlıqların aradan qaldırılması üzərində işlədiyini bildirib. “Komitə çatışmazlıqların aradan qaldırılması üçün fəaliyyət planı hazırlayıb Aİ-yə təqdim edib. Bu çatışmazlıqların bəziləri artıq Komitə tərəfindən aradan qaldırılıb və qalan çatışmazlıqların aradan qaldırılması üçün işlər davam edir.”– Ermənistan Mülki Aviasiya Komitəsi məlumat verib

Xatırladaq ki, 2020-ci ildə Avropa Komissiyası təhlükəsizliklə bağlı narahatlıqlara görə Ermənistan aviaşirkətlərinin Aİ-yə uçuşlarını dayandırmışdı. 2025-ci ilin sonlarında planlaşdırılan növbəti araşdırma qadağanı uzadıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
29
editor.az

1Mənbələr