“Səbail” Birinci liqanın 15-ci turunda keçirilən MOİK – “Səbail” görüşündə baş məşqçi etiraz edərək meydandan çıxmayan kapitanı Yusif Nəbiyevlə yollarını ayırıb.
Klubdan Bizim.Media-ya verilən məlumata görə, onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, MOİK-lə keçirilən qarşılaşmada baş məşqçi Adil Şükürov 60-cı dəqiqədə Nəbiyevi əvəzləmək istəmişdi.
O, isə çalışdırıcıya etiraz edərək meydandan çıxmamışdı. Tərəflər arasında gərginliyin matçdan sonra da davam etdiyi bildirilirdi. Yusif Nəbiyev 2023-cü ildən “Səbail”də çıxış edir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta