Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Vaxtı ilə məskunlaşdırıldıqları Azərbaycanın Qarabağ iqtisadi rayonun ərazisini tərk edib Ermənistana köçən ermənilərdən 30 mininə bu ölkənin vətəndaşlığı verilib.
"AzPolitika" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin rəsmi məlumatında açıqlanıb.
Daha 19 min nəfər vətəndaşlıq üçün müraciət edib.
Qeyd edək ki, Paşinyan hökuməti Qarabağı tərk etmiş ermənilərə verilmiş Ermənistan pasportlarını 070 kodu ilə verildiyi üçün dəyişdirmək qərarını verib. Hökumət bəyan edib ki, o dövrdə onlara verilən pasportlar sadəcə xaricə çıxış imkan verən “səyahət sənədləri” olub.
"AzPolitika.info"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.