AZ

Biri qayıtdı, biri də sonra qayıdacaq - SON VƏZİYYƏT

"Sabah"ın zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan hücumçuları Pavol Şafranko və Coy-Lens Mikelsin son durumu açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Masazır təmsilçisinin mətbuat xidmətindən bildirilib.

Ötən ilin noyabrında əməliyyat olunan Şafranko hələlik fərdi məşq edir. Hücumçunun apreldə sıraya dönəcəyi gözlənilir.

Mikels isə komanda ilə məşqlərə qoşulub. Forvardın növbəti matça kimi hazır olub-olmayacağı bəlli deyil.

Coy-Lens Mikels son olaraq dekabrın 18-də "Qarabağ"a qalib gəldikləri Misli Premyer Liqasının oyununda (2:1) meydana çıxıb. Pavol Şafranko isə ötən ilin sentyabrında "Sumqayıt"a qarşı matçda (1:1) iştirak edib.

Seçilən
58
sportinfo.az

1Mənbələr