AZ

İranda hərbi təyyarə qəzaya uğradı


İran Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Həmədan ostanında qəzaya uğrayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Tasnim agentliyi Şəhid Nojeh Hərbi Bazasına istinadla məlumat yayıb.
Məlumata görə, qəza gecə təlimi zamanı baş verib.Təyyarədə olan iki pilotdan biri həlak olub.
Həmədan ostanının siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Həmzə Əmraei də təyyarənin qəzaya uğradığını təsdiq edib. Onun sözlərinə görə, əraziyə xilasetmə qüvvələri göndərilib.
Seçilən
40
yeniavaz.com

1Mənbələr