AZ

Meloni: Sülh danışıqlarında irəliləyiş var, amma ərazi məsələsi hələ də açıq qalır – ÖZƏL

Olaylar.az xəbər verir ki, İtaliyanın Baş naziri Giorgia Meloni Rusiya ilə Ukrayna arasında müharibənin başa çatdırılması istiqamətində aparılan danışıqlarda irəliləyiş olduğunu bildirib. Bununla belə, o, əsas məsələ olan ərazi probleminin hələ də həllindən uzaq qaldığını vurğulayıb.

Baş nazir qeyd edib ki, hazırda üzərində işlənilən sənədlərdə əhəmiyyətli addımlar atılıb. Onun sözlərinə görə, Kiyev üçün təhlükəsizlik təminatları ilə bağlı ciddi iş aparılır və bu mexanizm İtaliyanın təklifinə əsasən NATO-nun 5-ci maddəsinə uyğun şəkildə hazırlanır.

Meloni əlavə edib ki, Ukraynanın bərpası istiqamətində də işlər davam etdirilir. O bildirib ki, bir çox məsələlərin kağız üzərində razılaşdırıldığı sülh planı mövcuddur.

Bununla yanaşı, Baş nazir vurğulayıb ki, ərazi məsələsi ilə bağlı Rusiya tərəfindən irəli sürülən tələblər, onun fikrincə, tamamilə əsassızdır. O, məqsədin sadəcə sülhə nail olmaq deyil, ədalətli sülhün təmin edilməsi olduğunu diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
olaylar.az

1Mənbələr