AZ

Kerobyan: Şuşanın “İsgəndər”lə vurulduğunu gözlərimlə gördüm

“Şuşanın "İsgəndər" raketləri ilə vurulmasını gözlərimlə gördüm.

Turkustan.az Publika.az-a istinadla xəbər verir ki, bu etirafla “Erməni səsi” partiyasının İdarə Heyətinin üzvü, 2018-2020-ci illərdə Ermənistan Hərbi-Sənaye Komitəsinin sədri olmuş Avetik Kerobyan çıxış edib.

Kerobyan erməni mediasına müsahibəsində çoxsaylı məsələlərə toxunub və Paşinyan hakimiyyətini tənqid edib. 44 günlük müharibə dövrünün xatırladan Kerobyan Şuşanın "İsgəndər" raketləri ilə vurulduğunu də deyib.

“İsgəndər” raketlərinin Şuşanı atəşə tutduğunu öz gözlərimlə görmüşəm. Bunu niyə etdiklərini bilmirəm. Həmin vaxt MTX direktoru vəzifəsini daşıyan Argişti Kyaramyanın niyə Şuşaya getdiyini də bilmirəm, lakin bütün bunlar maraqlıdır və aydınlıq gətirilməlidir”, - o bildirib.

Seçilən
12
5
turkustan.az

6Mənbələr