AZ

Ötən il elektrik enerjisinin istehsalına 4595 milyon kub metr təbii qaz sərf edilib

2025-ci ildə “Azərenerji” ASC-yə məxsus istilik elektrik stansiyalarında elektrik enerjisinin istehsalına 4595 milyon kub metr təbii qaz sərf edilib.

Teleqraf xəbər verir ki, bu barədə Energetika Nazirliyinin illik hesabatında qeyd edilib.

Bildirilib ki, 2025-ci il ərzində 1 kVt·st elektrik enerjisinin buraxılışına yanacağın xüsusi sərfi 2024-cü illə müqayisədə 254,3 qr/kVt·st-dan 235,7 qr/kVt·st-a qədər (18,6 qr/kVt·st) azalmışdır ki, bu da 412,0 min ton şərti yanacağa qənaət deməkdir. 2025-ci ildə respublika üzrə elektrik enerjisinin istehlakı 24 557 mln. kVt·st təşkil etmişdir ki, 2024-cü illə (24 088,3 mln. kVt·st) müqayisədə 468,7 mln. kVt·st (1,9%) artmışdır.

Seçilən
36
teleqraf.com

1Mənbələr