AZ

Tramp əmr verdi Hökumət yadplanetlilər barədə məxfi sənədləri yayımlayacaq

Mia.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Epşteyn işi üzrə sənədlərin yayımı ilə dünyanı silkələdiyi bir anda daha bir sensasiyalı akta imza atır. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, prezident Donald Tramp Müdafiə Nazirliyi də daxil olmaqla bütün müvafiq dövlət qurumlarına yadplanetlilər və yer dünyasından kənar məxfi sənədlərin ictimaiyyətə açıqlanmasını tapşırıb.

Keçmiş prezident Barak Obamanı keçən həftə qatıldığı bir proqramda "yadplanetlilər realdır" deyərək məxfi məlumatları açıqlamaqda günahlandıran Tramp "Air Force One"da jurnalistlərə verdiyi açıqlamada onu bu məlumatları yaymaqla  böyük bir səhv etdiyini deyib: "Mən də bu səbəbdən sənədlərin açılmasına göstəriş verdim..."

Xatırladaq ki, keçmiş prezident Barak Obama verilişdə yadplanetlilərin real olduğun iddia edib: "Düzdür, mə onları heç vaxt görməmişəm. Ancaq onlar gerçəkdir, var...".

Hüseyn Namazov

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
mia.az

1Mənbələr