AZ

Zelenski açıqladı:Minlərlə uşaq Rusiyada əsirlikdədir

Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Müharibənin başlanğıcından bəri 2000 ukraynalı uşaq Kiyevə qaytarılıb, lakin daha minlərlə nəfər Rusiyada və işğal olunmuş ərazilərdə əsirlikdə qalıb.

Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski sosial mediada paylaşdığı mesajda bildirib. O qeyd edib ki, bu gün əhəmiyyətli bir nəticə var: «Rusiyanın nəzarəti altında olan iki min ukraynalı uşaq evə qaytarılıb. Lakin qarşıdakı yol uzun və çətindir. Minlərlə ukraynalı uşaq Rusiyada əsirlikdə qalır və hər gün onun cinayətlərinin qurbanı olur”.

Qeyd edək ki, 2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiyanın ukraynalı uşaqlara zorla Rusiya vətəndaşlığı verilməsi və onların Ukrayna kimliyinin silinməsi siyasətini pisləyir.

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
1
bakivaxti.az

2Mənbələr