AZ

Premyer Liqamızın dünya reytinqindəki yeri - FOTO

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü milli çempionatlarının yeni reytinq siyahısını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Misli Premyer Liqası siyahıda 41-ci pillədədir.

Liqanın reytinq xalı 1991,5-dir. Reytinq cədvəlində çempionatların beynəlxalq turnirlərdəki nəticələri və ümumi performansı əsas götürülüb.

İFFHS-in qiymətləndirməsinə əsasən, dünyanın ən güclü milli çempionatı İngiltərə Premyer Liqasıdır – 8087 xal. Braziliya A Seriyası 7735.5 xalla ikincidir. İlk üçlüyü isə 7510 xalla İtaliya A Seriyası tamamlayıb. İspaniya La Liqası 7400.5 xalla dördüncü, 6570.25 xalı olan Almaniya Bundesliqası isə beşincidir. 4029.25 xalı olan Türkiyə Superliqası 12-ci pillədə qərarlaşıb.

Siyahıda Rusiya, İran, Gürcüstan və Ermənistan liqaları yoxdur.

Reytinq 1 yanvar 2021 – 31 dekabr 2025-ci il tarixi aralığında liqaların beynəlxalq arenadakı göstəricilərinə əsasən hazırlanıb.

Seçilən
39
sportinfo.az

1Mənbələr