AZ

Tərk edilmiş meymun balasının maraqlı görüntüsü

Yazını böyüt
Yazını kiçilt

İnternet məkanında Yaponiyanın İtikava şəhərinin zooparkı tərəfindən hekayəsi paylaşılan Panç adlı makaka ilə bağlı video geniş populyarlıq qazanıb. Meymun balası yayda doğulub, lakin dərhal anası tərəfindən rədd edilib və zoopark əməkdaşlarının himayəsinə verilib. Onu digər meymunların olduğu qrupa qaytarmaq cəhdləri zamanı Panç çətinliklərlə üzləşib.

Hafta.az xəbər verir ki, o, özünü qrupdan kənarda saxlayıb, narahatlıq nümayiş etdirib və hücumlara məruz qalıb. Bundan sonra əməkdaşlar ona İsveçin IKEA şirkətinə məxsus yumşaq oranqutan oyuncağı veriblər.

Zoopark əməkdaşlarının sözlərinə görə, heyvanla oyuncaq arasında güclü emosional bağlılıq formalaşıb. Panç onunla yatır, oynayır və volyer boyunca özü ilə gəzdirir. Bu hekayə qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb. Ziyarətçilər qeyri-adi cütlüyü görmək üçün kütləvi şəkildə zooparka axışmağa başlayıb. Zoopark rəhbərliyi hətta ziyarətçi axını ilə bağlı yaranan çətinliklərə görə üzr istəməyə məcbur olub.

Əməkdaşların sözlərinə görə, meymun balasının vəziyyəti tədricən yaxşılaşır, o, digər meymunlarla daha çox təmas qurmağa başlayıb və bu yaxınlarda yetkin fərdlərdən biri onun tüklərini təmizləyib ki, bu da qrupa qəbul olunmanın əlaməti hesab olunur.

Seçilən
38
2
hafta.az

3Mənbələr