AZ

Starmer Trampın İrana hücumla bağlı bu xahişini yerinə yetirmədi...

"The Times" qəzetinin mənbənin adını çəkmədən yaydığı məlumata görə, Böyük Britaniya Baş naziri Kir Starmer ABŞ-ın İrana qarşı zərbələr üçün Kral hərbi hava qüvvələrinin bazalarından istifadəsinə icazə verməyib.
 
Moderator.az bu haqda "Meduza" nəşrinə istinadla xəbər verir.
 
Bunlara İngiltərənin Qlosterşir əyalətinin Ferford şəhərindəki və Hind okeanındakı Dieqo-Qarsiya adasındakı Britaniya hava qüvvələrinin bazaları daxildir. Qəzetin məlumatına görə, Ağ Ev İrana qarşı həmin bazaların istifadəsini nəzərdə tutan zərbə planı hazırlayır.
 
Hər iki baza ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunub. Ferford Avropada yerləşən Amerika ağır bombardmançı təyyarələrinə ev sahibliyi edir. Lakin London və Vaşinqton arasında əldə edilən razılaşmaya əsasən, bazalar yalnız Böyük Britaniya hökuməti tərəfindən əvvəlcədən təsdiqlənmiş hərbi əməliyyatlar üçün istifadə edilə bilər.
 
Britaniya hakimiyyəti hələlik İrana qarşı planlaşdırılan əməliyyatla bağlı belə bir icazə verməyib. "The Times" qəzetinin məlumatına görə, onlar bu cür zərbələrin beynəlxalq hüququ pozacağından qorxurlar.
 
Məqalədə deyilir ki, Londonun mövqeyi beynəlxalq hüquqa əsasən zərbəni başlayan tərəflə onu dəstəkləyən tərəf arasında heç bir fərq qoyulmaması ilə izah olunur.
 
Qəzet iddia edir ki, bu fonda ABŞ prezidenti Donald Tramp Kir Starmer hökumətinin Hind okeanındakı Çaqos adalarını Mavrikiyə qaytarmaq niyyətində olduğu müqaviləyə dəstəyini geri götürüb. Bu adalardan biri olan Dieqo-Qarsiya müzakirə olunan hərbi bazalardan birinə ev sahibliyi edir. Tramp sosial media platforması "Truth Social"-da adaların təhvil verilməsi qərarını tənqid edib.
 
Vaşinqton və Tehranın nüvə sazişi üzrə danışıqlar aparmağa çalışmalarına baxmayaraq, ABŞ Yaxın Şərqdə hərbi güc toplayır.
 
Yanvar ayında ABŞ prezidenti Donald Tramp Abraham Linkoln təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi "böyük bir armada"nı İran sahillərinə göndərdiyini açıqladı. "CNN"-in məlumatına görə, o, İranın nüvə obyektlərinə yeni bir zərbə endirməyə icazə verib.
 
"CNN" və "CBS News" ABŞ-ın bu həftə sonu, 21-22 fevral tarixlərində İrana zərbə endirməyə hazır olduğunu bildiriblər.
 
"Axios"-a görə, ABŞ-ın İranda hərbi əməliyyatları başlasa, bu, çox güman ki, bir neçə həftə davam edəcək genişmiqyaslı bir kampaniya olacaq.
Seçilən
57
1
moderator.az

2Mənbələr