AZ

Pentaqon: ABŞ son iki ildə Kiyevə yardımı 40 dəfədən çox azaldıb

BAKI, 20 fevral. TELEQRAF

ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi 2025 və 2026-cı illərdə Ukraynaya göstərilən yardımın 2022-2024-cü illərlə müqayisədə 44 dəfə azaldıldığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə fevralın 19-da Konqres üçün hazırlanmış və Pentaqonun, Dövlət Departamentinin və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin baş müfəttiş aparatları ilə birgə tərtib olunmuş hesabatda qeyd edilib.

Sənəddə Vaşinqtonun 2025-ci ilin 1 iyulundan 31 dekabrına qədər Kiyevə dəstəyi, eləcə də NATO-nun şərq cinahının gücləndirilməsi və ABŞ-nin Avropadakı hərbi mövcudluğunun artırılmasına yönəlmiş “Atlantic Resolve” əməliyyatı çərçivəsində atdığı addımlar təhlil olunub.

Hesabatda bildirilir ki, 2022, 2023 və 2024-cü illərdə Ukraynaya müxtəlif hərbi və maliyyə yardım proqramları üzrə ümumilikdə 183,58 milyard dollar ayrılıb. Son iri yardım paketi olan 60,78 milyard dollar isə ABŞ Konqresi tərəfindən 2024-cü ilin aprelində təsdiqlənib. Müəlliflərin vurğuladığına görə, bundan sonra maliyyələşmə “nisbətən təvazökar həcmdə” həyata keçirilib.

Belə ki, 2025-ci ildə yardımın həcmi 3,92 milyard dollar təşkil edib, 2026-cı maliyyə ili üçün isə (sentyabrın 30-da başa çatır) cəmi 220 milyon dollar yardım nəzərdə tutulub.

Seçilən
47
6
teleqraf.com

7Mənbələr