AZ

İstanbulda məşhur aktyorlara narkotik ittihamı: kimlər buraxıldı?

Mia.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyədə iki gün əvvəl narkotik ittihamı ilə saxlanılan bir qrup sənət adamıyla bağlı məhkəmə bu gün qərar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qərara əsasən, tanınmış aktyor, bloger və müğənnilərdən Kaan Tangöze, Murat Dalkılıç, İsmail Hacıoğlu və Kemal Doğulu sərbəst buraxılıb. Lakin Barış Talay, Dilarə Kırmıt, Ramazan Bayar, Tolqa Kulakçı və Tolqa Sezgin haqqında həbs qətimkan tədbiri seçilib.

Məlumatda deyiilir ki, 12 nəfər haqqında isə fevralın 20-də, saat 15.00-da keçiriləck məhkəmə iclasında qərar veriləcək.

Ləman

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
mia.az

1Mənbələr