AZ

Bölgə klubunda acınacaqlı vəziyyət Maaşlar verilmir, futbolçular etiraza hazırlaşır

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın 1-ci Liqa təmsilçisi "Zaqatala" maliyyə problemi ilə üzləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi ötən ilin son ayının - dekabrın əməkhaqqını da almayıb. 

Dekabr üçün nəzərdə tutulan məvacibin 50 faizini alan futbolçular artıq narazılıq etsələr də, məşqçilər korpusunun xahişi ilə son oyuna çıxıblar. Hərçənd bu gedişlə komanda üzvlərinin məşqlərə çıxmamaq, rəhbərliyə müxtəlif yollarla etiraz etmək ehtimalı da az deyil. Vəziyyəti nəzarətdə saxlayacağıq.

Qeyd edək ki, "Zaqatala" bu gün 15-ci turu çərçivəsində növbəti oyununu keçirib. Sözügedən kollektiv öz meydanında "Difai"ni 2:1 hesabı ilə yenib.

Toğrul

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
1
fanat.az

2Mənbələr