AZ

Merz Putinlə barışacaqsınız? sualına elə bir cavab verdi ki...

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Almaniya kansleri Fridrix Merz Rusiya Prezidenti Vladimir Putin ilə münasibətlərin normallaşdırılmasını faktiki olaraq qeyri-mümkün hesab etdiyini bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə Almaniyanın “Rheinpfalz” nəşrinin jurnalistinin sualına cavabında danışıb.

“Mən bunu praktik olaraq qeyri-mümkün hesab edirəm. Aramız çox da pis deyil. Sadəcə olaraq o, müharibə aparmağa davam edir. Ukraynada döyüş gedir və insanlar ölür. Hazırda bizim bir araya gəlməyimiz mümkün deyil”.

Merz həmçinin vurğulayıb ki, Ukraynada döyüşlər davam etdiyi müddətdə Rusiya neft tədarükünün bərpası gündəmdə deyil.

Bundan əvvəl Almaniya hökumət başçısı Ukraynadakı münaqişənin tərəflərdən birinin tükənməsi ilə başa çata biləcəyini demişdi.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
globalinfo.az

1Mənbələr