AZ

“Brayton” Said El Mala uğrunda yarışda öndədir

Almaniyanın “Köln” klubunun hücumçusu Said El Mala Avropa klublarının maraq dairəsinə daxil olub.

Fanat.Az xəbər verir ki, İngiltərə təmsilçisi “Brayton” bu transferdə “Bayern Münhen”i qabaqlamağa çalışır. Məlumata əsasən, Premyer Liqa klubu futbolçunun qardaşı Malek El Malanı da heyətinə qatmağı planlaşdırır.

Bu addımın Said El Mala üçün əlavə motivasiya yaradacağı gözlənilir. “Brayton”un əsas arqumentlərindən biri oyunçuya birinci komanda səviyyəsində daha çox şans vəd etməsidir.

Klub rəhbərliyi bu strategiyanın futbolçunun inkişafına müsbət təsir göstərəcəyinə inanır. Danışıqların yaxın günlərdə daha da intensivləşəcəyi bildirilir.

Seçilən
25
1
fanat.az

2Mənbələr