AZ

Putinlə Lukaşenko arasında Moskva iclası ilə bağlı telefon danışığıOLDU

Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə telefon danışığı aparıb.

Redaktor.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat verilib.

Məlumata görə, telefon danışığı zamanı Vladimir Putin və Aleksandr Lukaşenko gələn həftə Moskvada keçiriləcək Rusiya və Belarusun İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasına hazırlıq məsələlərini müzakirə ediblər.

Fevralın 16-da Lukaşenko bildirib ki, İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclası fevralın 26-da keçiriləcək. Belarus lideri qeyd edib ki, Belarus və Rusiyanı bir-birindən ayıra biləcək heç bir qüvvə mövcud deyil.

Fevralın 8-də Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov isə bəyan edib ki, Avropa ölkələri tərəfindən İttifaq Dövlətinə qarşı aqressiv addımlar atılacağı təqdirdə, Rusiya və Belarus buna sərt və qətiyyətli cavab verməyə hazırdır.

Xədicə BAXIŞLI

Seçilən
33
redaktor.az

1Mənbələr