AZ

Bakıda keçiddə təhlükəli vəziyyət yaranıb – VİDEO

Mərkəzi parkı Təzəpir Məscidi ilə birləşdirən keçid zədələnib.

NOCOMMENT.az xəbər verir ki, Mirzə Fətəli Axundov küçəsi 7 ünvanında yerləşən keçidin bir hissəsi hündür nəqliyyat vasitəsinin oradan keçməsinə görə zədələnib.

Sakinlərin sözlərinə görə, keçidin həmin hissəsi bir müddətdir bu vəziyyətdədir. Onlar bildirirlər ki, hər gün onlarla vətəndaş – həm parka üz tutanlar, həm də digər şəxslər bu keçidin altından keçirlər. Ən əsası keçiddən qopan hər hansısa hissə avtomobillərə ziyan vura bilər.

Məsələ ilə bağlı Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən “Xəzər Xəbər”ə bildirildi ki, sözügedən problem bir neçə gün öncə yaranb. Qurum tərəfindən məsələnin həlli nəzarətə gtürülüb və yaxn zamanda öz həllini tapacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
57
1
nocomment.az

2Mənbələr