AZ

Tanınmış ürək damar cərrahından vacib çağırış VİDEO

ain.az, Dogru.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda ürək-damar xəstəliklərinin artması ciddi narahatlıq doğurur. Mütəxəssislər vətəndaşları sağlamlıqlarına daha diqqətli yanaşmağa çağırır.

Doğru.az xəbər verir ki, Uzman Ürək və Damar Cərrahı Uzm. Dr. İlkin Quliyev ürək-damar xəstəliklərinin son illər daha da geniş yayıldığını bildirib. Onun sözlərinə görə, stress, qeyri-sağlam qidalanma, siqaret və hərəkətsiz həyat tərzi əsas risk faktorlarıdır.

Həkim qeyd edib ki, sinə nahiyəsində ağrı, nəfəs darlığı, təzyiqin tez-tez yüksəlməsi və tez yorulma kimi əlamətlər ciddi siqnal hesab olunmalıdır. Bu hallarda vaxt itirmədən ixtisaslı mütəxəssisə müraciət etmək vacibdir.

Uzm. Dr. İlkin Quliyev vurğulayıb ki, müasir tibbdə bir çox ürək-damar problemlərinin müalicəsi mümkündür, lakin erkən diaqnoz əsas şərtdir. O, vətəndaşlara ildə ən azı bir dəfə profilaktik müayinədən keçməyi tövsiyə edib.

Mütəxəssis bildirib ki, sağlam həyat tərzi seçimi və vaxtında tibbi müdaxilə minlərlə insanın həyatını xilas edə bilər.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
dogru.az

2Mənbələr