AZ

Ötən il Naftalan Reabilitasiya Mərkəzi 5400-dən çox şəxsə xidmət göstərib

Naftalan Reabilitasiya Mərkəzi əlilliyi olan şəxslərə, eləcə də Vətən müharibəsi iştirakçılarına kompleks tibbi və sosial-psixoloji reabilitasiya xidmətlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan regional reabilitasiya müəssisədir. 2025-ci il ərzində Naftalan Reabilitasiya Mərkəzi tərəfindən 5 400-dən çox şəxsə reabilitasiya xidməti göstərilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Mərkəzə təşkil olunan mediaturda məlumat verilib.

Mərkəzdə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində də mühüm işlər aparılır. Postmüharibə dövründə Mərkəzdə müharibə ilə əlaqədar əlilliyi olan 400-dək şəxs reabilitasiya xidmətləri ilə təmin edilib.

Onu da qeyd edək, müəssisə 2 və 3 nəfərlik palatalar olmaqla toplam 25 çarpayıdan ibarətdir.

Müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz edilmiş müəssisədə müalicəvi bədən tərbiyəsi, fizioterapiya (elektrostimulyasiya, induktotermiya, fonofarez, elektrofarez, ultrasəslə müalicə, lazer müalicəsi, müalicəvi vannalar, parafinlə müalicə və s.), müalicəvi masaj, hovuz, psixoterapiya, loqoped, əmək terapiyası və s. istiqamətlərdə xidmətlər göstərilir.

Mərkəzdə müasir metodika və texnologiyalardan istifadə edilir, qabaqcıl təcrübələrin öyrənilməsi əsasında reabilitasiya metodları hazırlanaraq təcrübədə tətbiq olunur. Naftalan RM-lə yanaşı, ölkənin müxtəlif regionlarında – Xaçmaz, Lənkəran, Şirvan, Yevlax, Şəki, Qəbələ, Şəmkir şəhərlərində də eyni tipli Reabilitasiya müəssisələri fəaliyyət göstərir.

Cari il üçün Mərkəzin əsas hədəfləri aşağıdakılardır:
 
•    Reabilitasiya xidmətlərinin əlçatanlığının daha da artırılması, 
•    Beynəlxalq təcrübənin mütəmadi şəkildə araşdırılması və 
•    Ən yaxşı təcrübələrin reabilitasiya mərkəzlərində tətbiq edilməsidir.
•    Eyni zamanda, infrastrukturun təkmilləşdirilməsi, və 
•    Naftalan Reabilitasiya Mərkəzi əlilliyi olan şəxslərə, eləcə də Vətən müharibəsi iştirakçılarına kompleks tibbi və sosial-psixoloji reabilitasiya xidmətlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan regional reabilitasiya müəssisədir.

Seçilən
17
ucnoqta.az

1Mənbələr