AZ

Yevlaxda açıq ərazidə yanğın başladı

Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yevlax rayonu ərazisində, Yevlax-Bərdə avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Seçilən
51
16
hafta.az

10Mənbələr