BMT Yaxın Şərqdə hərbi gücün artmasından son dərəcə narahatdır və ABŞ və İranı fikir ayrılıqlarını həll etmək üçün danışıqları davam etdirməyə çağırır.
Unoqta.az xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik brifinqdə bildirib.
Dujarrik qeyd edib ki, Baş katib görünən hərbi güclənmə və hərbi təlimlərdən son dərəcə narahatdır.
"Həm İran İslam Respublikasını, həm də ABŞ-ı Omanın vasitəçiliyi ilə danışıqları davam etdirməyə çağırırıq", - deyə o bildirib.