AZ

Moskvada güclü qar həyatı iflic edib

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Moskvaya güclü qar yağıb. Rusiya paytaxtında artıq "narıncı" təhlükə səviyyəsi elan edilib: onlarla aviareys ləğv olunub, yollardakı tıxaclar isə 8-9 bala çatıb.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Moskva meri Sergey Sobyanin öz "Telegram" kanalında hava şəraitinin qeyri-adi dərəcədə ağır olduğunu bildirib:

"Bu qış bütün rekordları qırır. Qar dayanmaq bilmir. Bu gün aylıq normanın 70%-dən çoxunun yağacağı gözlənilir ki, bu da anomal göstəricidir".

Merin sözlərinə görə, qarın bütün gün və gecəboyu, eləcə də növbəti gün yağmağa davam edəcəyi proqnozlaşdırılır.

Rusiya Nəqliyyat Nazirliyinin məlumatına əsasən, əlverişsiz hava şəraiti səbəbindən artıq 19 aviareys ləğv edilib. Onlardan altısının xarici aviaşirkətlərə məxsus olduğu bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
5
oxu.az

7Mənbələr