AZ

ETX vətəndaşlara XƏBƏRDARLIQ ETDİ

Ajans.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətindən (Milli CERT) bildirilib. Qeyd edilib ki, əksər hallarda saxta saytlar vizual olaraq rəsmi qurumların və ya tanınmış şirkətlərin internet səhifələrinə bənzədilir, domen adlarında isə kiçik dəyişikliklər edilməklə istifadəçilərin diqqətindən yayınmağa çalışırlar. Bu üsulla vətəndaşların bank kartı məlumatlarını, fərdi məlumatlarını, eləcə də istifadəçi hesablarını ələ keçirməyə cəhd göstərirlər.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşları bu kimi hallara qarşı diqqətli olmağa, daxil olduqları internet səhifələrinin ünvanını diqqətlə yoxlamağa, kampaniya və aksiyalar barədə məlumatları yalnız rəsmi mənbələrdən yoxlamağa, şübhəli keçidlərə klik etməməyə çağırıb.

Seçilən
18
12
Ajans.az

10Mənbələr