Xalqcebhesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Rusiya ilə Ukrayna arasındakı münasibətlər çox dərinə gedir və hazırkı müharibə bunun yalnız görünən hissəsidir”.
Bu fikirləri deputat Aydın Mirzadə Xalqcebhesi.az-a açıqlaması zamanı söyləyib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynanın Avropaya inteqrasiya planlarını özünə qarşı yönəldiyini düşünməsi və təhlükəsizlik məsələsini önə çəkməsi münaqişənin əsas səbəblərindəndir: “Son 4 il ərzində heç bir tərəf müharibədə qələbə qazana bilməyib və faktiki olaraq pat vəziyyəti mövcuddur. Eyni zamanda Rusiyanın Avropa və dünya proseslərindən kənarlaşdırılması iki tərəf arasındakı münasibətlərin həllinə yardım etmir. ABŞ isə fərqli mövqedədir və danışıqlar vasitəsilə tərəflərin ortaq məxrəcə gəlməsini, müharibəni dayandırıb ağır məsələləri sonrakı mərhələyə saxlamağı hədəfləyir.
Uzunmüddətli diplomatik danışıqlar, heç bir nəticəsi olmayan hərbi qarşıdurmalardan daha üstündür. Tərəflərin müzakirə aparması onları bir-birini daha yaxşı başa düşməyə və sülh variantını axtarmağa məcbur edir. Bu baxımdan Rusiyanın danışıqların yeri və məzmunu barədə açıqlama verməməsi onun danışıqlardan imtina etmədiyini, lakin öz şərtlərini qorumaq istədiyini göstərir.
Deputat sonda əlavə edib ki, ən önəmlisi budur ki, müharibə dayandırılmalıdır. Sadə insanlar əziyyət çəkir, milyardlarla resurs boş-boşuna sərf edilir və bəşəriyyət daima gərginlik içində yaşamaqdan qurtulmalıdır.
Günel Elxan
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.