AZ

ABŞ ilə danışıqlardan sonra İran hərbi hazırlıqlarını sürətləndirdi - FOTO

Cenevrədə ABŞ və İran arasında baş tutan danışıqlardan sonra Vaşinqtondakı Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu Tehranın mümkün hərbi ssenarilərə hazırlığını nümayiş etdirən yeni peyk görüntülərini dərc edib.

Moderator.az "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir ki, İran bir neçə istiqamətdə paralel hazırlıq tədbirləri həyata keçirir:

- Hörmüz boğazında qüvvələrin gücləndirilməsi - dəniz vasitələrinin və raket sistemlərinin sayının artırılması;

- "Müdafiə mozaikası" sisteminin bərpası - mərkəzə zərbə endirildikdə belə, idarəetmənin saxlanılması üçün hərbi komandanlığın mərkəzsizləşdirilməsi;

- Nüvə obyektlərinin gücləndirilməsi - xüsusən də İsfahan və "Pikseyk dağı" ətrafında, yeraltı infrastrukturun və müdafiənin gücləndirilməsi;

- Hava hücumundan müdafiə sistemlərinin yenilənməsi - strateji obyektlərin mühafizəsinin gücləndirilməsi.

Seçilən
41
1
moderator.az

2Mənbələr