AZ

Gözəllik müsabiqəsinin finalçısı üç uşağının gözü qarşısında güllələndi

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Filippində 2013-cü ildə keçirilmiş "Miss Earth Philippines" gözəllik müsabiqəsinin 32 yaşlı finalçısı Lullet Ceyn Ramilo de Qusman naməlum şəxslər tərəfindən güllələnib.

BAKU.WS xəbər verir ki, hadisə fevralın 13-də qadının üç uşağının gözü qarşısında baş verib.

Həmin gün Ramilo de Qusman uşaqları ilə birlikdə avtomobillə işlərini görməyə gedirmiş. Birdən motosikletli şəxslər avtomobilə yaxınlaşaraq atəş açıblar. Qadın ağır yaralanıb və hadisə yerində dünyasını dəyişib.

Polis qətlin şəxsi münaqişə zəminində törədilə biləcəyini ehtimal edir. İstintaqın məlumatına görə, fikir ayrılıqları mərhumun moda sənayesindəki fəaliyyəti və keçmişdə gözəllik müsabiqələrində iştirakı ilə bağlı ola bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
64
3
baku.ws

4Mənbələr