AZ

80 yaşında Perunun müvəqqəti prezidenti oldu

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Peruda vəzifəsindən uzaqlaşdırılan Xose Jerinin yerinə müvəqqəti prezident müəyyənləşib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Peru Konqresində keçirilən səsvermədən sonra Xose Maria Balkazar müvəqqəti prezident seçilib.

80 yaşlı solçu Balkazar 28 iyula qədər ölkənin müvəqqəti prezidenti vəzifəsini icra edəcək.

O, Peruda son 10 ildə prezident vəzifəsini tutan doqquzuncu şəxs olub.

Xatırladaq ki, keçmiş dövlət başçısı Dina Boluartenin yerinə təyin olunmuş müvəqqəti prezident Xose Jerini də bir müddət əvvəl vəzifəsindən kənarlaşdırdı. Peru mediası Jerinin vəzifədən kənarlaşdırılmasına dövlətlə iş görən çinli iş adamları ilə gizli görüşlər keçirməsinin və bəzi dövlət məmurlarının işə götürülməsindəki qanun pozuntuların səbəb olduğunu yazıb.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
525.az

1Mənbələr