AZ

Dünyada mina təhlükəsi artır – Hər il 5 minə yaxın insan qurban olur » AzadMedia.az

Dünyada


Dünyanın 70-ə yaxın ölkəsi mina ilə çirklənmiş ərazilərlə üz-üzədir. Mütəxəssislərin məlumatına görə, 1999-cu ildə qəbul edilən Ottava Konvensiyasından sonra da problem tam aradan qalxmayıb.

Bildirilib ki, Konvensiyanın qəbulundan sonra belə, mina ilə çirklənmiş ərazilərdə 100 minə yaxın mina qalmaqda idi. Son illərdə isə dünyada münaqişələrin artması mina problemini daha da dərinləşdirib. Hazırda 7 münaqişə zonasında mina təhlükəsi ciddi humanitar problem olaraq qalır.

Məlumata əsasən, hər il dünyada təxminən 5 minə yaxın insan mina partlayışlarının qurbanı olur. Qurbanların əhəmiyyətli hissəsini mülki şəxslər, o cümlədən uşaqlar təşkil edir.

ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev bildirib ki, mina təhlükəsi yalnız müharibə dövründə deyil, münaqişədən sonrakı mərhələdə də uzun illər insan həyatı üçün ciddi risk olaraq qalır. O qeyd edib ki, beynəlxalq səviyyədə mina əleyhinə təşəbbüslərin gücləndirilməsi və zərərçəkmiş ərazilərdə minatəmizləmə işlərinin sürətləndirilməsi vacibdir.

Mütəxəssislər hesab edirlər ki, qlobal səviyyədə birgə səylər artırılmadığı təqdirdə mina qurbanlarının sayı artmaqda davam edə bilər.

Seçilən
20
1
azadmedia.az

2Mənbələr