AZ

“Macarıstan Drujba bloklandığı üçün Adriatik kəmərindən istifadə edəcək”

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Macarıstan Ukrayna tərəfindən bloklanmış Drujba boru kəməri vasitəsilə təchizat bərpa olunana qədər Rusiya neftini Xorvatiya ərazisindən Adriatik dənizi boru kəməri vasitəsilə almağı gözləyir”. 

525.az xəbər verir ki, bu barədə Macarıstan Baş nazirinin ofisinin rəhbəri Gergely Qulyaş brifinqində bildirib.

O deyib ki, bu marşrutla artıq daşınacaq ilk neft partiyası sifariş edilib və mart ayında neftin Macarıstanın və Slovakiyanın müvafiq neft emalı zavodlarına çatdırılması planlaşdırılır. 

Qulyas əlavə edib ki, bu, Rusiya enerji məhsullarının alınmasına qoyulan sanksiya qadağaları ilə bağlı Aİ-nin qaydalarına zidd deyil. 

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
525.az

1Mənbələr