ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
“Ukrayna münaqişəsinin həlli ilə bağlı üçtərəfli danışıqlar hazırda ictimai müzakirəyə imkan verməyən mərhələdədir”.
525.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.
O, danışıqların detallarının açıqlanmayacağını bildirib.
"Hazırda deyə bilərik ki, danışıqlar heç bir ictimai müzakirəyə imkan verməyən mərhələdədir", - Kremlin sözçüsü söyləyib.
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar 17-18 fevral tarixlərində Cenevrədə baş tutub. Müzakirələr birinci gün təxminən altı saat, ikinci gün isə iki saat davam edib. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski danışıqları çətin, lakin işgüzar adlandırıb. O, Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı tezliklə yeni bir görüşün keçiriləcəyini bildirib.
Pərvanə Sultanova
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.