AZ

Məmur nənəsinin qarajından 653 min dollar tapdığını dedi Qurumlar inanmadı

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukraynanın Dövlət Ekoloji Müfəttişliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Subbotenko gəlir bəyannaməsində mərhum nənəsinin qarajında 653 min dollardan çox nağd pul tapdığını göstərib.

Gununsesi.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, məmur nənə-babasının keçmiş SSRİ ərazisində səyahətlər zamanı və xaricdəki işgüzar əlaqələri vasitəsilə xeyli pul qazandıqlarını iddia edib.

O, ailədə bir qayda olaraq pulu hər zaman ABŞ dolları valyutası ilə saxladıqlarını bildirib.

Ukraynanın Korrupsiyanın Qarşısının Alınması üzrə Milli Agentliyinin apardığı araşdırma nəticəsində Subbotenkonun nənəsinin Xarkovdakı dövlət müəssisələrində texniki və uçot xarakterli vəzifələrdə çalışdığı, 1984-cü ildə işdən azad edildiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı ortaya çıxıb. Bununla da, məmurun iddialarını təsdiq edən məlumat aşkar olunmayıb. Nəticədə agentlik qeyri-dəqiq məlumatın bəyan edilməsi əlamətlərinin mövcudluğu barədə nəticəyə gəlib.

Subbotenkonun nənəsinin 1992-ci ildə tərtib olunmuş vəsiyyətnaməsində isə hər hansı yüksək məbləğdə vəsait barədə qeyd aşkar edilməyib.

Məsələ ilə bağlı digər detallar açıqlanmayıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
67
2
icma.az

3Mənbələr