Bakı. Trend:
S&P Global Ratings beynəlxalq reytinq agentliyi PAŞA Bank-ınuzunmüddətli və qısamüddətli kredit reytinqlərini “BB-/B”səviyyəsində təsdiqləyərək, reytinq proqnozunu “müsbət”əyüksəldib.
S&P Global Ratings-in qərarı ilə bağlı fikrini bölüşən PAŞABank-ın Baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib ki, buaddım bankın maliyyə dayanıqlığının və strateji inkişaf xəttininbeynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
“S&P Global Ratings tərəfindən proqnozumuzun ‘müsbət’əyüksəldilməsi bankın möhkəm maliyyə göstəricilərinin, ehtiyatlırisk idarəçiliyinin və fəaliyyət göstərdiyimiz mühitindayanıqlığının təsdiqidir. Biz strateji prioritetlərimizçərçivəsində davamlı artımın, güclü kapitallaşmanın və yüksəkkorporativ idarəetmə standartlarının qorunmasına sadiqik,” – deyə,M. Süleymanov vurğulayıb.
O əlavə edib ki, Bank bundan sonra da uzunmüddətli dəyəryaradılması, maliyyə dayanıqlığının möhkəmləndirilməsi vəsəhmdarlar üçün etibarlı tərəfdaş mövqeyinin qorunmasıistiqamətində fəaliyyətini davam etdirəcək.
PAŞA Bank 2007-ci ildə yaradılıb və Azərbaycanın aparıcıkorporativ maliyyə institutudur. Bank korporativ və kiçik və ortabiznes müştərilərinə investisiya bankçılığı, ticarətinmaliyyələşdirilməsi, aktivlərin idarə edilməsi və klassik bankxidmətləri təqdim edir.
Bankın əsas fəaliyyəti qeyri-neft sektorunun inkişafına dəstəkvermək, real sektorun maliyyə ehtiyaclarını qarşılamaq və ölkəiqtisadiyyatının şaxələndirilməsinə töhfə verməkdir. PAŞA BankAzərbaycanla yanaşı Gürcüstan və Türkiyədə də fəaliyyətgöstərir.
PAŞA Bank beynəlxalq maliyyə nəşri “International InvestorMagazine” tərəfindən 2026-cı il üzrə eyni vaxtda iki əsaskateqoriyada – “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ənyaxşı KOS bankı” adına layiq görülüb.
Bank 2024–2025-ci illərdə yerli sahibkarlığın inkişafına verdiyitöhfələrə görə “Euromoney”, “International Investor Magazine” və“Global Finance” kimi nüfuzlu beynəlxalq nəşrlər tərəfindən birsıra mükafatlara, o cümlədən “Ən yaxşı KOS Bankı” və “World’s BestPrivate Banks 2025” titullarına layiq görülüb.
Eyni zamanda, Bank 2025-ci ildə “Stevie Awards” tərəfindən “İlinşirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilkAzərbaycan bankı olub.