AZ

Politoloq: Qazaxıstan qonşularına təzyiq siyasəti tətbiq edən Rusiyanın tələb və təkliflərinə yox deyəcək

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Tokayev Qazaxıstanı Rusiyadan uzaqlaşdırmaq istədikcə, Putin Qazaxıstana səfər planlayır və Tokayevlə “tərəfdaşlıq və müttəfiqlik” mövzusunda danışıb. Rus dilinin Qazaxıstanda xüsusi statusunun ləğvindən sonra bu dialoq daha da diqqət mərkəzindədir. Həmişə olduğu kimi, Rusiya öz maraqlarını “müttəfiqlik” adı altında qoruyur, eyni zamanda Azərbaycan da bu çərçivədə Rusiyanın tərəfdaşıdır.Rusiya “müttəfiqlik” adı altında digər ölkələrə təsirini necə artırır. Azərbaycan və Qazaxıstanın Rusiyaya münasibəti gələcəkdə necə dəyişə bilər? Qazaxıstan hansı addımları ata bilər?

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Qazaxıstanın rus dilinin dövlət statusunu ləğv etməsi, Qazaxıstan suveren hüququdur, amma Qazaxıstanda rus dilli əhali var və bunlar kifayət qədər Qazaxıstan üçün müəyyən problemlər yarada bilər.

Məhəmməd Əsədullazadə

“Qazaxıstan artıq milli intelektə dəyər verir, öz türk kimliyini, qazax dilini inkişaf etdirmək istiqamətində addımlar atır. Yeni dünya siyasi nizamına Qazaxıstan daha da müstəqil şəkildə daxil olur. Amma göründüyü kimi, Rusiya tərəfi yenə də ənənəvi üsullardan istifadə edərək çalışır ki, qonşu ölkələrdə rus dili işlək dil olsun, dövlət statusu alsın. Qazaxıstan bu məsələdə geciksə də, vaxtında qərar verir. İndi Putin Tokayevə zəng elədi, səfər edəcək, Qazaxıstana təzyiqlər etməyə çalışacaq”-deyən politoloq qeyd edib ki, Rusiyanın bu kimi təzyiq siyasəti və Ukraynaya qarşı işğal siyasətinə baxmayaraq, Qazaxıstan Rusiyanın tələb və təkliflərinə yox deyəcək.

“Qazaxıstan artıq Çinlə, Qərblə və Türk Dövlətləri Təşkilatı ilə əlaqələrini inkişaf etdirir, gücləndirir. Rusiyaya "boyun əymək", Qazaxıstanın müstəqilliyi üçün müəyyən problemlər yarada bilər. Qazaxıstan öz mövqeyini qoruyub saxlayacaq.

Rusiyanın Azərbaycana qarşı da münasibəti mənfidir. Hazırda dostluğa uyğun olmayan davranışlar sərgiləyir, hətta təzyiqlər edir. Bizim Kiyevdəki səfirliyimizə qarşı hücumlar da, məhz Rusiyanı təzyiqdir.

Rusiya Qazaxıstana da təzyiqlər edəcək. Bir çox istiqamətlərdə - miqrantlarla bağlı, enerji ilə bağlı Qazaxıstanla sərhədlə bağlı müəyyən təxribatlar da həyata keçirilə bilər. Müəyyən təzyiqlərdə Qazaxıstan daxilində ruslardan da hökumətə qarşı istifadə edilə bilər”-deyə Məhəmməd Əsədullazadə bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
71
icma.az

1Mənbələr